ABŞ Ukraynada keçiriləcək prezident seçkilərinə 11,4 milyon dollar vəsait ayırıb

ABŞ Ukraynada keçiriləcək prezident seçkilərinə 11,4 milyon dollar vəsait ayırıb
# 14 aprel 2014 21:37 (UTC +04:00)

Bakı – APA. ABŞ Ukraynada keçiriləcək prezident seçkilərinə 11 milyon dollardan çox vəsait ayırıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Dövlət departamentinin açıqlamasında belə deyilir.

“ABŞ-ın beynəlxalq inkişaf üzrə Agentliyi və Dövlət departamenti Ukraynada 25 may prezident seçkilərinin azad və ədalətli keçirilməsinə kömək məqsədilə 11,4 milyon dollar ayırıb”, - sənəddə qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR