TQDK sədri Məleykə Abbaszadə Gəncədə vətəndaşları qəbul edib - APA TV

TQDK sədri Məleykə Abbaszadə Gəncədə vətəndaşları qəbul edib - <span style="color: red;">APA TV
# 15 may 2013 13:54 (UTC +04:00)

APA-nın Qərb bürosuna görə, təxminən 80 sakin problemlərini TQDK sədrinə çatdırıb. Məleykə Abbaszadənin bildirdiyinə görə, şikayətlər müxtəlif istiqamətdə olub, vətəndaşları əsasən ödəniş haqları ilə bağlı məsələ narahat edib. M. Abbaszadə ödənişli təhsil alan tələbələrin işləməsi üçün Gənclər və İdman Nazirliyinə təklif göndərəcəyini bildirib.

“Bəzən valideynlər övladlarının ödənişli təhsil alması üçün ərizə yazmasına icazə verirlər. Sora ailədə kimsə rəhmətə gedir, ailənin maddi durumu dəyişir və ödəniş etmək çətin olur. Əgər hər hansı bir tələbə həmin ödənişli ixtisasda təhsilini davam etdirirsə, o yay tətilində özünə müvəqqəti iş tapa bilər. Dünyada da bu belədir. Gənclərin yay aylarında özlərinə iş tapmaları üçün mən Gənclər və İdman Nazirliyinə təkliflə müraciət etməyi düşünürəm”.

Bundan başqa komissiya sədrinə orta məktəblərdə buraxılış imtahanlarının sayı ilə bağlı da təkliflər verilib. Bəzi müəllimlər imtahanların sayının azaldılmasını, digərləri isə artırılmasını təklif edib.

“Bir neçə məktəb direktoru təklif edir ki, buraxılış imtahanlarının sayı artırılsın, bəziləri isə deyir ki, azaldılsın. Bu məsələlər belə müzakirə olunmamalıdır. Biz elmi-praktiki konfranslar keçiririk. Orada belə məsələlər müzakirə edilir. Lakin yerlərdə müəllimlərin hər hansı məsələ ilə bağlı öz təkliflərini verməsi müsbət haldır”.

TQDK sədri bildirib ki, qəbul zamanı onlara aid olmayan şikayətlər aidiyyəti qurumlara göndəriləcək və vətəndaşların problemlərinin həllinə çalışılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR