Britaniyanın baş naziri və Ukraynanın yeni seçilmiş prezidenti Fransada görüşəcəklər

Britaniyanın baş naziri və Ukraynanın yeni seçilmiş prezidenti Fransada görüşəcəklər
# 30 may 2014 08:53 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyanın baş naziri Devid Kemeronla Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko iyunun 6-da Fransada görüşmək haqqında razılıq əldə ediblər.

APA-nın məlumatına görə, bu haqda P.Poroşenkonun mətbuat xidməti xəbər yayıb.

Tərəflər iyunun 6-da müttəfiq qoşunlarının Normandiyaya yeridilməsi münasibəti ilə keçiriləcək rəsmi tədbir zamanı görüşəcəklərini razılaşdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR