Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda baş verən qətlin səbəbini açıqlayıb

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda baş verən qətlin səbəbini açıqlayıb
# 16 may 2014 13:27 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında bildirib ki, hadisənin təhqiqatı ilə istintaq orqanları məşğul olur.

Onun sözlərinə görə, qətli törədən Hüseynağa Cəlilov artıq tutulub, bıçaqlanan Mail Hüseynov isə hadisə yerində dünyasını dəyişib: “Şahidlərin dediyinə görə, hadisəyə səbəb siqaret çəkmə olub. Belə ki, 1952-cı il təvəllüdlü Mail Hüseynov palatada siqaret çəkib və bunun üstündə 1946-cı il təvəllüdlü Hüseynağa Cəlilovla mübahisəsi yaranıb. Mübahisə nəticəsində Hüseynağa Cəlilov Mail Hüseynova bıçaqla vurub. Zərbə onun ürək nahiyəsinə dəydiyindən, Mail Hüseynov hadisə yerindəcə ölüb. Hadisə ötən gün gecə saat 12 radələrində baş verib. Palatada olan digər xəstələrə hadisə zamanı ziyan dəyməyib. Təbii ki, istintaq nəticəsində hadisənin dəqiq səbəbləri məlum olacaq”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda qətl hadisəsi qeydə alınıb. Orada müalicə olunan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseynağa Cəlilov münaqişə zəminində müalicədə olan Saatlı rayon sakini, Mikayıl Hüseynovu bıçaqlayaraq qətlə yetirib. Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində H.Cəlilov tutulub. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR