Çin aldığı xam neftin əvəzində İranı zəruri təchizat materialları ilə təmin edəcək

Çin aldığı xam neftin əvəzində İranı zəruri təchizat materialları ilə təmin edəcək
# 04 noyabr 2013 08:31 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Çinin İrandan idxal etdiyi xam neftin pulunu hansı yolla ödəyəcəyi açıqlanıb.

APA-nın İRİB-ə istinadən məlumatına görə, İran parlamentinin büdcə və planlaşdırma komissiyasının üzvü Əli Məhəmməd Əhmədi bildirib ki, rəsmi Pekin Tehran neft pulları qarşılığında zəruri təchizat materialları, avadanlıqlar verəcək: “Bu məsələ İran parlamentinin sədri Əli Laricaninin Çinə səfəri zamanı müzakirə edilib və tərəflər arasında razılıq əldə olunub. Eyni zamanda müzakirələrdə Çinin İranın infrastruktur layihələrinə investisiya qoymaq məqsədilə 40 ortaq layihənin həyata keçirilməsi də əsas müzakirə mövzularından biri olub”.

Onun sözlərinə görə, Çin rəhbərliyi İranın pullarına blok qoymayıb: “Sadəcə, əsas problem sanksiya şərtlərində kurs transferinin çətinləşməsindən qaynaqlanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR