ABŞ-ın BMT-dəki nümayəndəsi: “İran uranın zənginləşdirilməsi gücünü üç dəfə artırıb”

ABŞ-ın BMT-dəki nümayəndəsi: “İran uranın zənginləşdirilməsi gücünü üç dəfə artırıb”
# 06 sentyabr 2013 12:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranda hakimiyyət dəyişikliyinə baxmayaraq, hələ də rəsmi Tehran nüvə məsələsinin həlli və bununla bağlı narahatlığın aradan qaldırılması üçün heç bir addım atmayıb”. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bu fikirləri ABŞ-ın BMT-dəki nümayəndəsi Samanta Pauer bildirib.

Onun sözlərinə görə, ABŞ BMT Təhlükəsizlik Şurasının digər üzvləri kimi İran prezidenti Həsən Ruhaninin iqtidara gəlməsini bu ölkə üçün fürsət sayır və nüvə məsələsi ilə bağlı dünya ictimaiyyətinin narahatlığını sürətlə aradan qaldıracağına ümid edir: “Ancaq təəssüflər olsun ki, İranın öz nüvə proqramı ilə bağlı daha mühüm məsələlərin həlli mövzusundakı narahatlıqların aradan qaldırılması üçün öhdəliklərini yerinə yetirəcəyinə dair açıq bir işarə görməmişik. Əksinə son proseslər bizim narahatlığımızı daha da artırır”.

S. Pauer deyib ki, İran BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri icra etmək əvəzinə, qabaqcıl sentrifuqalar quraşdırmağa səy göstərir və son sentrifuqalar uranın zənginləşdirilməsi gücünü üç dəfə artırıb.

ABŞ rəsmisi həmçinin vurğulayıb ki, İran Ərak ağır su nüvə reaktoru layihəsi üzərində işləri davam etdirir və burada nüvə silahı istehsal edilə bilməsindən narahatdırlar.

Eyni zamanda S. Pauer rəsmi Tehranı nüvə məsələsində razılıq əldə edilməsinə nail olmaq üçün lazımi addımlar atmağa səy göstərməyə çağırıb: “Əgər İran əməkdaşlıq etmək istəyirsə, İran yeganə tərəfdaşlığa hazırdır və bunda istəkli olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR