Bakı-Quba yolunda yük avtomobili ilə mikroavtobus toqquşub

Bakı-Quba yolunda yük avtomobili ilə mikroavtobus toqquşub
# 23 noyabr 2013 01:54 (UTC +04:00)

Bakı-APA. Abşeron rayonunda, Bakı-Quba magistral avtomobil yolunun 22-ci kilometrliyində “Mercedes-Benz” markalı yük avtomobili və “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu toqquşub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə mikroavtobus deformasiyaya uğrayıb.

Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış sərnişin mikroavtobusunda sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verib. Hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR