BMT-nin rezident-əlaqələndiricisi: “Azərbaycan son 14 ildə ən böyük elektron idarəçilik proqramını yaradıb”

BMT-nin rezident-əlaqələndiricisi: “Azərbaycan son 14 ildə ən böyük elektron idarəçilik proqramını yaradıb”
# 06 may 2013 13:03 (UTC +04:00)

Qəbələ. Əli Əhmədov – APA-Economics. Azərbaycan son 14 il ərzində ən böyük elektron idarəçilik proqramını yaradıb. “APA-Economics”in xəbərinə görə, bu barədə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broek bu gün Qəbələdə Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən «E-hökumət: Gömrük sahəsində innovasiyalar» mövzusunda V beynəlxalq elmi-praktik konfransda çıxışında bildirib.

Onun sözlərinə görə, bu işlərə BMT İnkişaf Proqramı da müvafiq töhfələrini verib: “Bu işlərdən biri kimi, xüsusilə dövlət idarəçiliyi sahəsində müvafiq islahatların keçirilməsini qeyd etmək olar. Bu islahatlar sayəsində layiqli idarəçiliyi və effektiv xidməti təmin etmək üçün dövlət strukturlarının fəaliyyətində şəffaflıq və cavabdehlik amilləri daha da gücləndirilib”.

“Biz Ədliyyə, Rabitə və İnformasiya Texnologiyaları və Xarici İşlər nazirlikləri, DSMF kimi qurumlarla əməkdaşlıq etmişik. Sonra da RİTN-lə işləyərək məlumatların ötürülməsi şəbəkəsini daha da gücləndirmişik və beləliklə, dövlət proqramına və əhalinin hüquqlarına tam cavab verən, yəni xidmətləri elektron qaydada əlçatan şəklə salan bir sistem yaratmışıq» - deyə BMT-nin rezident-koordinatoru bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR