Ceyms Uorlik: “ABŞ Rusiyanın Ukrayna ilə bağlı siyasətini həzm edə bilməsə də, Dağlıq Qarabağda sülhün bərqərar olması istiqamətində çalışa bilər”

Ceyms Uorlik: “ABŞ Rusiyanın Ukrayna ilə bağlı siyasətini həzm edə bilməsə də, Dağlıq Qarabağda sülhün bərqərar olması istiqamətində çalışa bilər”
# 17 mart 2014 08:21 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu özünün “Twitter” səhifəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb.

“Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Ukraynadakı hadisələrdən hansı nəticələrin çıxarılmasının mümkünlüyünü nəzərdən keçirmək lazımdır”, - deyə o qeyd edib.

Xatırladaq ki, martın 16-da Krımda muxtar respublikanın Rusiyaya birləşməsi ilə bağlı referendum keçirilib. G7 ölkələri, o cümlədən ABŞ referendumu qeyri-qanuni adlandıraraq onun nəticələrini tanımadığını bəyan edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR