Azərbaycanlı deputatlar Gürcüstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək

Azərbaycanlı deputatlar Gürcüstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək
# 25 oktyabr 2013 09:20 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin deputatları Qənirə Paşayeva, Rasim Musabəyov və İlham Əliyev Azərbaycan parlamentinin müşahidəçiləri qismində, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Elton Məmmədov və Mirkazım Kazımov GUAM PA-nın xətti ilə, Azay Quliyev isə ATƏT PA-nın xətti ilə oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər.

Milli Məclisdən APA-ya verilən məlumata görə, deputatlar oktyabrın 26-dan 28-dək Tbilisidə səfərdə olacaqlar.

Deputatlar əvvəlcə seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü isə ölkənin paytaxtındakı müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, seçicilərin fəallığına və seçki prosesində demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR