Son yarım ildə 4350 nəfərədək əlilə bərpa-müalicə xidməti göstərilib

Son yarım ildə 4350 nəfərədək əlilə bərpa-müalicə xidməti göstərilib
# 23 iyul 2013 13:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan bərpa-müalicə müəssisələrində son yarım ildə 4350 nəfərədək əlilə müvafiq xidmətlər göstərilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda respublikanın 14 regionu üzrə fəaliyyət göstərən həmin müəssisələrdə hər il təqribən 9 minə yaxın əlil bərpa-müalicə xidməti ilə təmin olunur. Bu istiqamətdə aparılan işlər əlillərin reabilitasiyasında önəmli rol oynayır. Belə ki, cari ilin 6 ayında əlillər arasında tam reabilitasiya göstəricisi 3300 nəfərə yaxın olub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlillərin əhali tərkibində faiz göstəricisi 10-15%-dir. Azərbaycanda isə bu rəqəm 4,4% təşkil edir ki, bu da dünya üzrə ən aşağı göstəricilərdəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR