Azərbaycanla Rusiya turizm sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanla Rusiya turizm sahəsində əməkdaşlığı genişləndirir
# 23 iyun 2014 08:11 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu bu gün Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunda Rusiyanın Regionların inkişafı naziri İqor Slyunayev bildirib.

Onun sözlərinə görə, bu gün iki ölkə arasında neft-qaz sahəsində geniş əməkdaşlıq davam etdirilir: “Bu günlərdə “Rosneft” və ARDNŞ arasında neft-qaz sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Rusiyanın “LUKoil”, “Rosneft” və “Qazprom” kimi neft şirkətləri Azərbaycanda fəaliyyət göstərir”.

Rusiyalı nazir deyib ki, iki ölkə arasında mədəni sahədə geniş əlaqələr var. “Rusiyada böyük sayda azərbaycanlılar yaşayır. Onlar üçün Astraxan vilayətində yay məktəbləri təşkil olunur. Rusiya dövləti onlara kitabların və digər tədris vəsaitlərinin verilməsi ilə təmin edir”, - deyə o bildirib.

İ. Slyunayev deyib ki, iki ölkə arasında hüquqi baza genişlənir. Nazirin sözlərinə görə, son illər iki ölkə arasında turistlərin sayı artır: “Rusiyadan Azərbaycana gələn turistlərin sayı 4-7% artıb. İnanırıq ki, bu forum da bu ölkəyə gələn turistlərin sayının artırılmasına daha da dəstək olacaq”.

Forumda Azərbaycan prezidenti İlham Əliyevin forum iştirakçılarına məktubu oxunub. Məktubu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.

Sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putinin forum iştirakçılarına ünvanladığı məktubu oxunub.

Hər iki ölkə başçısı forum iştirakçılarını təbrik edib və forumun fəaliyyətinə uğurlar arzulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR