Göygöl rayon sakini damdan yıxılaraq ölüb

Göygöl rayon sakini damdan yıxılaraq ölüb
# 07 fevral 2014 10:30 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Göygöl rayonunda bədbəxt hadisə baş verib. Göygöl rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə dünən saat 16 radələrində rayonun Balçılı kəndində qeydə alınıb.

Kənd sakini, 64 yaşlı Vahid Quliyev donmuş su borularını açmaq üçün evin damına çıxıb və ehtiyatsızlıqdan yıxılaraq dünyasını dəyişib. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR