Quba Müəllimlər İnstitutunun tələbəsi bıçaqlanıb - VİDEO

Quba Müəllimlər İnstitutunun tələbəsi bıçaqlanıb - <span style="color: red;">VİDEO
# 28 mart 2014 10:18 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün Quba rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba Müəllimlər İnstitutunun tələbəsi, 1996-cı il təvəllüdlü Salyan rayon sakini Osmanlı Xalid Nəbi oğlu müxtəlif bıçaq xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan APA-ya verilən məlumata görə, iki bıçaq zərbəsi alan zərərçəkənin vəziyyəti orta-ağırdır.

Quba rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR