Yevlax-Gəncə və Gəncə Dairəvi avtomobil yolları açılıb - FOTOSESSİYA

Yevlax-Gəncə və Gəncə Dairəvi avtomobil yolları açılıb - <span style="color: red;">FOTOSESSİYA
# 29 dekabr 2013 12:28 (UTC +04:00)

Gəncə - APA. Bu gün Yevlax-Gəncə və Gəncə Dairəvi Avtomobil yolunun rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində nəqliyyat naziri Ziya Məmmədov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, «Azəryolservis» ASC-nin sədri Cavid Qurbanov, şəhər rəsmiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, Bakı-Ələt-Qazax avtomobil magistral yolunun 344-cü km-dən 382-ci km-ə qədər hissəsində yüksək səviyyədə təmir işləri aparılıb. Tikinti işlərinə 2009-cu ilin mart ayında başlanılıb. 4 hərəkət zolağından ibarət yolun 2 hərəkət zolağı İtaliyanın «Empresa» şirkəti, digər 2 hərəkət zolağı isə Koreyanın «Ultra Azerko» şirkətinin Azərbaycanla birgə əməkdaşlığı ilə inşa edilib.

Yolboyu 4 körpü, 8 avtobus dayanacağı salınıb və 82 ədəd müxtəlif diametrli borulardan istifadə olunub. Yolda işarə lövhələri, yol nişanları, zəruri hissələrdə isə işıqlandırma sistemi quraşdırılıb.

Qeyd edək ki, tikinti işləri Asiya İnkişaf Bankı və Koreyanın «Şinhan» Bankı tərəfindən maliyyələşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR