Rusiya Federasiya Şurası Krımın Rusiya tərkibinə daxil olmasını dəstəkləyəcək - VİDEO

Rusiya Federasiya Şurası Krımın Rusiya tərkibinə daxil olmasını dəstəkləyəcək - <span style="color: red;">VİDEO
# 07 mart 2014 10:02 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bəyan edib.

O qeyd edib ki, 16 mart referendumunda Krım sakinləri müvafiq qərara səs versələr, Federasiya Şurası onları dəstəkləyəcək.

Müvafiq qərarın qanuni olacağını deyən V.Matviyenko qeyd edib ki, referendumun keçirilməsi haqqında qərar beynəlxalq təcrübəyə əsaslanır.

“Şotlandiyadakı referenduma diqqət yetirmək kifayətdir. Krım parlamenti ən demokratik yolu seçib. Çünki referendum xalqın iradəsinin ifadəsinin əsas meyarıdır”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR