«Turan Bank»ın aktivləri son bir ildə 21% artıb

«Turan Bank»ın aktivləri son bir ildə 21% artıb
# 09 sentyabr 2013 08:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın «Turan Bank» ASC-nin aktivləri sentyabr ayının 1-nə 237,111 mln. manat təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 21,02% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat tarixinə bankın kredit portfeli 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 21,51% artaraq 181,2 mln. manata çatıb.

Bankın depozit portfeli 2012-ci ilin eyni dövrü ilə müqayisədə 10,19% artaraq 107,827 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda müddətli əmanətlər 2012-ci ilin analoji dövrü ilə müqayisədə 27,9% artaraq 65,325 mln. manata çatıb.

Hesabat dövründə «Turan Bank»ın nizamnamə kapitalı 68,1% artaraq 40 mln. manat, məcmu kapitalı isə 64,23% artaraq 44,506 mln. manat təşkil edib.

Bankın hazırda 14 xidmət məntəqəsi və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir. Bankın səhmdarları rolunda 5 hüquqi (23,84%) və 22 fiziki şəxs (76,16%) çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR