BTRİB tariflərlə bağlı kampaniyaya başlayıb

BTRİB tariflərlə bağlı kampaniyaya başlayıb
# 05 dekabr 2013 08:49 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyi (BTRİB) paytaxtda göstərilən müasir telekommunikasiya xidmətlərinin həcmini artırmaqda davam edir. Birlikdən «APA-Economics»ə verilən məlumata görə, 6 dekabr - Rabitəçilərin peşə bayramı və 31 dekabr - Dünya azərbaycanlıların həmrəylik günü ilə əlaqədar bəzi telekommunikasiya xidmətlərinin dekabrın 31-dək güzəştli tariflərlə kampaniyası keçirilir.

Bu kampaniyaya əsasən, iki telefon çəkən abunəçiyə (əhali və təşkilat) bir ədədi pulsuz sənədləşdirilir, CDMA nömrələrinin şəbəkəyə pulsuz qoşulması təmin edilir, genişzolaqlı internet (ADSL və ayrılmış xətt) və İP-TV xidmətlərinin pulsuz qoşulması təmin edilir, 3 Mbit/s və yuxarı sürətlə genişzolaqlı internetə yeni qoşulan istifadəçiyə 3 ay müddətində əlavə 1 Mbit/san sürət bonus verilir, həmçinin Bakı şəhər ərazisində daşınan İP telefon nömrəsi 20 manat tariflə sənədləşdirilir.

Qeyd edək ki, kampaniya ilə əlaqədar xidmətlərə qoşulmaq üçün vətəndaşlar, təşkilat və idarələr ərazidəki yerli Telefon Qovşaqlarına müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR