Tovuzda Ermənistanla təmas xəttində mina partlayıb - VİDEO

Tovuzda Ermənistanla təmas xəttində mina partlayıb - <span style="color: red;">VİDEO
# 24 aprel 2014 22:02 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə bu gün Tovuz rayon Əlibəyli kəndi ərazisində, Ermənistanla təmas xəttində baş verib. Güclü partlayış baş verən zaman əvvəlcə sakinlərdən kiminsə minaya düşdüyü ehtimal edilsə də sonradan müəyyən olunub ki, Əlibəyli sakini Sevil Hüseynovanın iki baş mal-qarası minaya düşərək tələf olub. Qəfildən baş verən güclü partlayış zamanı iri buynuzlu mal qaradan biri parça-parça olub, digəri isə ayaqlarını itirib. Yaralı heyvanı ərazidən çıxarmaq mümkün olmayıb. Kənd sakinləri bildirir ki, otlaq sahələrinin yaşıllaşması mal-qaranın təmas xəttində olan minalanmış ərazilərə getməsinə səbəb olur və son nəticədə bu kimi hadisələr baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR