İstintaq təcridxanasında saxlanılan şəxsdən dərman preparatları götürülüb

İstintaq təcridxanasında saxlanılan şəxsdən dərman preparatları götürülüb
# 04 fevral 2014 08:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxsdən qadağan olunmuş vasitələr götürülüb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Kamran Barat oğlu Məmmədovun üzərinə baxış keçirilərkən, əynində olan gödəkcənin cibindən şəffaf sellofan bükülüdə 16 ədəd yaşıl rəngli "Tramadol" həbləri aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR