YARAT komandası Heydər Əliyev zirvəsinə yürüş təşkil edib - FOTOSESSİYA

YARAT komandası Heydər Əliyev zirvəsinə yürüş təşkil edib - <span style="color: red;">FOTOSESSİYA
# 10 may 2014 20:41 (UTC +04:00)

Bakı-APA. YARAT Müasir İncəsənət Məkanı daha bir yeniliyə imza atıb. YARAT MİM-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qurumun icraçı direktoru Fərid Abdullayevin rəhbərliyi ilə YARAT komandası Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə Heydər Əliyev zirvəsinə yürüş təşkil edib.

YARAT komandasına daxil olan Fərid Abdullayev, Rövşən Əhmədov, Ramal Kazımov Heydər Əliyevin adını daşıyan zirvəyə yürüş edərək zirvəni müvəffəqiyyətlə fəth ediblər.

Komanda üzvləri 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsində Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq YARAT Müasir İncəsənət Məkanının bayrağını qaldırıblar. Zirvəni fəth edən Fərid Abdullayev, Rövşən Əhmədov, Ramal Kazımova Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə Heydər Əliyev zirvəsinə (3751 m) müvəffəqiyyətlə yürüş etdiklərinə görə Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyası tərəfindən sertifikatla təltif edilib.

2011-ci ildə Aida Mahmudova tərəfindən təsis olunan “YARAT” qeyri-kommersiya təşkilatı Azərbaycanda müasir incəsənətin inkişafı və onun ictimaiyyət tərəfindən dərk olunması sahəsində fəaliyyət göstərir, habelə ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan incəsənətinin təmsil olunması ilə məşğuldur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR