Avropa Parlamentinin polşalı üzvü: “Seçicilərin fəallığı bizim ölkəmizdəkindən daha çoxdur”

Avropa Parlamentinin polşalı üzvü: “Seçicilərin fəallığı bizim ölkəmizdəkindən daha çoxdur”
# 09 oktyabr 2013 12:53 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA. “Səhər bir neçə məntəqədə olmuşuq. Hər şey əladır. Düşünürəm ki, seçicilərin fəallığı bizim ölkəmizdəkindən daha çoxdur”. APA-nın xəbərinə görə, bunu Avropa Parlamentinin üzvü, Polşa Seyminin sabiq senatoru Jacek Wlayslaw Wlosowicz jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu cür mənzərəni görmək, insanların marağını müşahidə etmək çox maraqlıdır: “Fikrimcə, hər şey çox yaxşı hazırlanıb. Divarlarda seçicilərin siyahısı asılıb. Digər ölkələrdən də müşahidəçilər var. Hər şey qaydasındadır. Səhər məntəqələr vaxtında açılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR