Hadı Rəcəbli: "Müəllimlərlə bağlı fikirlərim kontekstdən çıxarılaraq təqdim olunub"

Hadı Rəcəbli: "Müəllimlərlə bağlı fikirlərim kontekstdən çıxarılaraq təqdim olunub"
# 13 mart 2015 11:58 (UTC +04:00)

APA-nın məlumatına görə, H. Rəcəbli bu gün Azərbaycan Təhsil Problemləri İnstitutunda keçirilən tədbirdə deyib ki, onun fikirləri konteksdən çıxarılaraq təqdim olunub: “Hamıya, eləcə də sizə də məlumdur ki, parlamentdə mən təkcə əlillərin, sosial durumu ağır olan insanların yox, eyni zamanda müəllimlərin lobbisiyəm. Sizin sosial problemlərin həllinin təbliğatçısıyam. Müəllimlərin əmək haqları, sosial durumları ilə bağlı ardıcıl çıxışlar edirəm. Mən həmişə demişəm ki, bütün peşələrin, vəzifələrin alisi müəllimlikdir. Bu gün müəllim həmkarlarıma, elm istiqamətli, ağır cəbhədə çalışan müəllimlərə bir şeyi demək istəyirəm ki, nə qədər paradoksal da olsa, bu gün Azərbaycanda sabitliyi pozmaq istəyən, müstəqilliyi, eləcə də hakimiyyətin uğurlu, sistemli addımlarını, dövlət quruculuğunu istəməyən qüvvələr müəllimləri qızışdırmaq, onlarda hansısa mənfi fikir yaratmaq istəyirlər. Bununla da, həmin qüvvələr müəllimləri hakimiyyətlə qarşı-qarşıya qoyurlar. Bunun ən bariz nümunəsi son günlər saytlarda mənim adımın hallanmasıdır. Bəzi mətbu vasitələri verdiyim müsahibəyə istinad edərək “Hadı Rəcəbli müəllimlərə işdən sonra fəhləlik təklif edir” kimi başlıq çıxarıblar. Əksəriyyət də müsahibəni tam oxumayaraq başlıqdakı cümləyə istinadən ona şərh yazmağa başladılar. Əlbəttə ki, bu məlumatı yayanlar sadəcə müəllimlərin hissi ilə oynayırlar və mənə qarşı təxribat yaratmaq istəyirlər”.

O, həmçinin deyib ki, bütövlükdə təhsil sistemində bəzi işlər görülməlidir: "Buna səbəb ölkədə daha keyfiyyətli və yaxşı müəllimlərin yetişməsidir. Bəzən iki yerdə dərs deyən, evdə şagirdlə məşğul olan müəllimlərə rast gəlirik. Təbii ki, bunları qəbahət saymaq olmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR