Daha bir Azərbaycan şirkəti ilin sonunadək IPO-ya hazırlaşır

Daha bir Azərbaycan şirkəti ilin sonunadək IPO-ya hazırlaşır
# 10 aprel 2013 14:44 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycanın daha bir şirkəti səhmlərinin ilkin yerləşdirilməsini (IPO) həyata keçirəcək. «APA-Economics»in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, hazırda bazarda bu tipli yerləşdirmələrə tələbat təklifi üstələyir: «Hazırda Komitə listinq məsləhət proqramı çərçivəsində bir neçə şirkətlə iş aparır ki, bunun məqsədi səhmlərin ilkin ictimai təklif üsulu ilə yerləşdirilməsinin tətbiqidir. Biz bu məsələyə optimist yanaşırıq və çalışacağıq ki, ilin sonunadək IPO-lardan birini bazara çıxaraq».

Qeyd edək ki, hazırda Azərbaycanın təxminən 15 iri şirkəti IPO-ya hazırlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR