“AccessBank” müştərilərə yeni əmanət məhsulu təklif edir

“AccessBank” müştərilərə yeni əmanət məhsulu təklif edir
# 23 iyun 2016 14:30 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “AccessBank” müştərilərə yeni “Yüksələn” əmanəti təklif edir. Bankdan “APA-Economics”ə verilən xəbərə görə, yeni əmanət müştərilərə öz vəsaitlərini daha uzun müddət saxlamaqla daha çox faiz gəliri əldə etmək üçün imkan yaradır.

Belə ki, bu əmanət üzrə faiz dərəcələri əmanətin aktiv olduğu dövr ərzində müəyyən müddətdən bir yüksəlir. “Yüksələn” əmanətin üstünlüklərindən biri də odur ki, müştərilər əmanəti istənilən zaman hesablanmış faizlərlə birlikdə tam şəkildə geri ala bilərlər.

“Yüksələn” əmanətdən manat və dollar valyutalarında həm fiziki, həm hüquqi şəxslər faydalana bilərlər. Daha ətraflı məlumatı “AccessBank”ın rəsmi internet saytından və ya 151 ümumi zəng mərkəzindən əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR