Günün manşetləri - 3 iyun

Günün manşetləri - 3 iyun
# 03 iyun 2016 18:00 (UTC +04:00)

APA TV-nin “Manşet” proqramında gündəmin önə çıxan mövzuları müzakirə olunur. İlham Tumasın aparıcısı olduğu proqramın qonaqları APA TV-nin baş direktoru Vüqar Hüseynov, "APA Holding"in I vitse-prezidenti Şahin Cəfərli, Dünya Azərbaycanlılarının 4-cü qurultayının nümayəndələri Sərdar Ünsal və Mehmet Qiyas Azərtürkdür.


Qonaqlar Dünya Azərbaycanlılarının 4-cü qurultayı, Almaniya Bundestaqında qondarma "erməni soyqırımı" haqqında qanun layihəsinin qəbulundan sonra Türkiyə və Azərbaycanın atmalı olduğu addımlar, diasporlarımızın birgə effektiv fəaliyyət göstərməsi üçün həyata keçirilməsi vacib olan məsələlər barədə müzakirə aparıblar. Verilişdə Dünya Azərbaycanlılarının 4-cü qurultayının nümayəndələri Sərdar Ünsal və Mehmet Qiyas Azərtürkün Türkiyədə erməni məsələsinə baxışla bağlı maraqlı açıqlamaları da olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR