Əli Əhmədov UNİCEF-in regional direktorunu qəbul edib

Əli Əhmədov UNİCEF-in regional direktorunu qəbul edib
# 16 mart 2015 15:13 (UTC +04:00)

Bakı - APA. Bu gün baş nazirin müavini Əli Əhmədov UNİCEF-in Mərkəzi və Şərqi Avropa ölkələri və Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru Mari-Piyer Puaryeni qəbul edib.

Nazirdər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mari-Piyer Puarye görüşdə UNİCEF-lə Azərbaycan hökuməti arasında uzun illər davam edən faydalı əməkdaşlıqdan razılığını ifadə edib.

Azərbaycanda uşaq hüquqlarının təmini istiqamətində də Azərbaycan hökumətinin səylərinin beynəlxalq müstəvidə yüksək qiymətləndirildiyin nəzərə çatdıran UNİCEF-in regional direktoru böyük potensiala malik ölkəmizlə gələcək əməkdaşlığın daha səmərəli olacağına əminliyini bildirib. Ə.Əhmədov UNİCEF-in ötən illər ərzində ölkəmizdəki fəaliyyətinin, o cümlədən Azərbaycan Hökumətinin səhiyyə sisteminin təkmilləşdirilməsi və səhiyyə islahatının həyata keçirilməsi işində bu mötəbər qurumun dəstəyinin təqdirəlayiq olduğunu qeyd edib. Baş nazirin müavini xüsusən birgə əməkdaşlıq nəticəsində uşaqların sağlamlığının mühafizəsi, ana və uşaqlar üçün xidmətlərin təkmilləşdirilməsi və şəraitin yaxşılaşdırılması, uşaqlarda əlilliyin erkən aşkar edilərək profilaktikası istiqamətində müsbət nəticələrə nail olunduğunu vurğulayıb.

Qəbul zamanı 2016-2020-ci illər üçün UNİCEF tərəfindən hazırlanan əməkdaşlıq üzrə yeni proqramın prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR