Dövlət Sərhəd Xidmətinin yeni sərhəd məntəqəsi istifadəyə verilib - FOTOSESSİYA

Dövlət Sərhəd Xidmətinin yeni sərhəd məntəqəsi istifadəyə verilib   - <span style="color: red;">FOTOSESSİYA
# 23 mart 2013 10:42 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Şəkinin Baş Zəyzid kəndində yeni sərhəd məntəqəsi istifadəyə verilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, açılış mərasiminə Sərhəd Qoşunlarının baş qərargah rəisi, general-mayor Rəşad Sadıqov, Şəki Sərhəd Dəstəsinin rəisi, polkovnik-leytenant Səmid Cəfərov və rayon rəhbərliyi qatılıb.

Açılış mərasimində çıxış edən R. Sadıqov qeyd edib ki, dəniz səviyyəsindən 1100 metr hündürlükdə, Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən yeni sərhəd məntəqəsində əsgər və zabitlər üçün bütün şərait yaradılıb. Sərhədlərin qorunması işini yüksək səviyyədə təşkil etməklə yanaşı, şəxsi heyətin xidməti-döyüş və sosial məişət şəraitinin yaxşılaşdırması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin görüldüyünü qeyd edən S. Cəfərov təkcə 2012-ci ildə Sərhəd Qoşunlarında xidmət edən hərbçilər üçün 420 binadan ibarət 41 tikinti kompleksinin, o cümlədən 10 yeni hərbi hissənin əsaslı təmir-tikintisinin aparıldığını və 1226 mənzilin tikilərək zabit və gizirlərin istifadəsinə verildiyini bildirib.

Daha sonra yeni sərhəd məntəqəsi ilə tanışlıq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR