Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nı təsdiq edib.
APA-nın məlumatına görə, qərara əsasən, təsərrüfathesablı təşkilat kimi “Cəmiyyət və din” qəzetinin redaksiyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına daxil edilib.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.