Əli Həsənov: “Ermənistanın həyata keçirdiyi hər hansı tədbir işğalçı dövlətin başqa dövlətin ərazisində həyata keçirdiyi tədbir kimi dəyərləndiriləcək”

Əli Həsənov: “Ermənistanın həyata keçirdiyi hər hansı tədbir işğalçı dövlətin başqa dövlətin ərazisində həyata keçirdiyi tədbir kimi dəyərləndiriləcək”
# 02 mart 2015 08:16 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mayın 3-də qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçiriləcək qondarma “parlament seçkiləri”nə münasibət bildirib.

APA-nın məlumatına görə, Ə. Həsənov deyib ki, Dağlıq Qarabağda həyata keçirilən istənilən birtərəfli addım, siyasi, sosial aksiya Azərbaycan tərəfindən müvafiq münasibətlə qarşılaşacaq: “Ermənistan dövləti bu əraziləri işğal edib. Onun bu ərazilərdə həyata keçirdiyi hər hansı tədbir işğalçı dövlətin başqa dövlətin ərazisində həyata keçirdiyi tədbir kimi dəyərləndiriləcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR