Şamaxıda baş verən avtomobil qəzasında dördü bir ailənin üzvü olmaqla beş nəfər xəsarət alıb

Şamaxıda baş verən avtomobil qəzasında dördü bir ailənin üzvü olmaqla beş nəfər xəsarət alıb
# 22 mart 2013 18:51 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə yolun 111-ci kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb.

Şamaxı sakini, 1983-cü il təvəllüdlü Nadir Əsgərovun idarə etdiyi VAZ 2107 markalı minik maşını qarşı tərəfdən gələn Şamaxı sakini, 1962-ci il təvəllüdlü Rauf Kərimovun idarə etdiyi VAZ 2107 markalı maşınla toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də sərnişinlər - 1993-cü il təvəllüdlü Mətanət Kərimova, 1989-cu il təvəllüdlü Elgün Kərimov və 1964-cü il təvəllüdlü Çiçək Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsələr də, yaralılardan 3-nün vəziyyəti ağırlaşdığından onlar Bakı şəhərinə aparılıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR