Bakı və Abşeronun bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır

Bakı və Abşeronun bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır
# 06 iyul 2016 11:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakının Binəqədi, Xəzər, həmçinin Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə iyulun 8-də saat 09:00-dan işlər yekunlaşanadək Abşeron rayonunun Xırdalan şəhəri, Qobu, Güzdək, Aşağı Güzdək və Hökməli qəsəbələrinin, Binəqədi rayonu Çiçək yaşayış massivi ərazisində, həmçinin Xəzər rayonunun Binə və Qala qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Sabunçu rayonunun Maştağa qəsəbəsi və Savalan yaşayış massivinin qaz təchizatına təsir göstərməsi mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR