Ağstafada yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağstafa rayonunda "Ford" markalı betonqarışdıran avtomobilinin mühərriki və kabinəsi qismən yanmışdır. Avtomobilin qalan hissələri yanğından mühafizə olunmuşdur.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.