Bakıda liftdə köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib

Bakıda liftdə köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib
# 07 mart 2015 16:31 (UTC +04:00)

Bakı - APA. Bu gün Bakıda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunda yaşayış binasının liftində 3 nəfərin, Bakı şəhəri, Səbail rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xilasedicilər liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR