“Milli Dövlətçilik Naminə” adlı hərəkat yaradılıb

“Milli Dövlətçilik Naminə” adlı hərəkat yaradılıb
# 24 aprel 2013 10:58 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün “Milli Dövlətçilik Naminə” Hərəkatının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, hərəkatın həmtəsisçisi Tariyel Faziloğlu çıxışında bildirib ki, bu il ölkədə keçiriləcək prezident seçkiləri, Qərbin Azərbaycanda aktivləşməsi və bunun nəticəsində təhlükəli vəziyyətin yaranması hərəkatın təsis olunmasını zəruri edib: “İndiyədək milli ideologiyanın müəyyən edilməsi istiqamətində irəli sürülən fikirlər ictimaiyyətin əhəmiyyətli bir qismi tərəfindən dəstəklənməyib. Son zamanlar yaranan bir çox birliklər də göstərdi ki, insanlarda milli dövlətçilik baxımından fikir ayrılığı yaranıb və ölkədə ideoloji boşluq var. Azərbaycan milli ideologiyasının başlıca hədəfi milli kimliyini, adət-ənənələrini, milli əxlaq kodeksini yaşadan və inkişaf etdirən, müasir dünya ilə ayaqlaşan güclü və itirdiyi bütün əraziləri özünə qaytaracaq Böyük Azərbaycan dövlətinin formalaşdırılmasıdır. Hərəkat olaraq düşünürük ki, ölkəmizdə dövlətçilik ideologiyası çərçivəsində həll edilməsi vacib olan və dövlətin inkişafını, təhlükəsizliyini təmin edəcək yaxın hədəfləri özündə ehtiva edən Ümumdövlət Doktrinası qəbul edilməlidir. Bizim düşüncələrimizin əsasını bütöv və güclü Azərbaycan təşkil edir”.

Sonra hərəkatın bəyannaməsi tədbir iştirakçılarına təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR