Yevlaxda ağır yol qəzası baş verib, yaralanan var

Yevlaxda ağır yol qəzası baş verib, yaralanan var
# 07 oktyabr 2014 14:19 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, "Ford" markalı mikroavtobusla “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə xəsarət alan sürücünü avtomobildən çıxararaq hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR