«TBC Kredit» əvvəlki kredit məhsulunun şərtlərini yeniləyib

«TBC Kredit» əvvəlki kredit məhsulunun şərtlərini yeniləyib
# 12 fevral 2013 13:23 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «TBC Kredit» bank olmayan kredit təşkilatı özünün yeni «Sərbəst kredit» məhsulunu bazara təqdim edib. Bu məhsul əvvəlki, girovsuz 10 min manatadək «Təcili pul» kreditinin transformasiyası yolu ilə yaradılıb. Təşkilatdan «APA-Economics»ə verilən məlumata görə, «Sərbəst kredit» məhsulu «Təcili pul»un bütün üstünlüklərini saxlamaqla öz sələfindən kredit məbləği ilə sərbəst əməliyyat aparmaq imkanı ilə fərqlənir.

Kredit 24 ay müddətinədək verilir və bunun üçün zamin və girov tələb olunmur. Kreditin maksimum məbləği əmək haqqından asılı olaraq müəyyən olunur. Kredit limitinin yuxarı həddi əmək haqqının 5 misli qədərdir.

Yeni məhsul çərçivəsində müəyyən olunmuş kredit limiti daxilində krediti qaytardıqca lazım olan məbləği heç bir sənəd təqdim etmədən təkrar müraciət edərək əlavə olaraq götürmək olar. Ümumilikdə, əvvəl təsdiq edilmiş məbləğ çərçivəsində qeyri-məhdud sayda kreditlər ola bilər. Hər yeni kredit 2 il müddətinə verilir. Kreditin ikinci ilində kredit limiti avtomatik olaraq yenilənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR