Bakıda MDB Parlamentlərarası Assambleyasının komissiya iclası keçirilir

Bakıda MDB Parlamentlərarası Assambleyasının komissiya iclası keçirilir
# 10 oktyabr 2014 09:19 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin binasında MDB Parlamentlərarası Assambleyasının (PA) Mədəniyyət, İnformasiya, Turizm və İdman Komissiyasının iclası keçirilir.

APA-nın məlumatına görə, iclasda üzv ölkələrin deputatları ilə yanaşı, ekspertlər və dövlət qurumlarının nümayəndələri də iştirak edirlər.

İclasın gündəliyinə elektron hökumət, elektron sənədlər vasitəsilə informasiya mübadiləsi, volontyorluq, turizm fəaliyyəti və internetin tənzimlənməsinin əsasları ilə bağlı qanunvericilik sənədləri ətrafında müzakirələr daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR