Filippində bazar yanıb, 15 nəfər ölüb

Filippində bazar yanıb, 15 nəfər ölüb
# 31 oktyabr 2015 07:36 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Filippinin cənubunda bazarın yanması nəticəsində 15 nəfər ölüb.

APA-nın “Associated Press”-ə istinadən verdiyi məlumata görə, ölənlərdən 4-ü yetkinlik yaşına çatmayan uşaqdır. Hadisə bu gecə Zamboanqa şəhərindəki yarmarkada baş verib. İlkin məlumata görə, yerlə gedən elektrik xətlərindən çıxan qığılcım bazarın girişindəki satış nöqtələrinə keçib.

Daha sonra yanğın paltarlar olan çadırlara keçib. Şəhər administrasiyasının verdiyi məlumata görə, hadisə nəticəsində ölənlərlə yanaşı, 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Polisdən bildirilib ki, ölənlər çadırlarda yatmış satıcılardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR