“Moody’s” “Kapital Bank”ın reytinqini yüksəldib

“Moody’s” “Kapital Bank”ın reytinqini yüksəldib
# 29 may 2015 14:09 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Moody’s” reytinq agentliyi “Kapital Bank”ın milli və xarici valyutada olan uzunmüddətli depozit reytinqini “B1” səviyyəsindən “Ba3” səviyyəsinə qaldırıb.

APA-Economics” xəbər verir ki, agentliyin proqnozuna əsasən, bankın reytinqinin yüksəlməsi onun güclü kapitallaşmasının və gəlirliliyinin göstəricisidir. Bu isə öz növbəsində, Azərbaycanda mövcud olan hazırkı çətin vəziyyətdə artması gözlənilən kredit itkilərinə qarşı möhkəm dayaq yaradır.

Agentlik qeyd edir ki, bankın biznes inkişafının dəstəklənməsi üçün səhmdarlar 2014-cü ildə 70 mln. manat dəyərində, 2013-cü ildə isə 30 mln. manat dəyərində kapital yatırıblar. Bu isə bankın 2013-cü ilin sonlarına olan Tier 1 göstəricisini 2014-cü ildə 16,02%-dən 20,2%-ə, ümumi kapital adekvatlığı göstəricisini (CAR) isə 19,64%-dən 27,8%-ə qalxmasına təkan verib.

Agentlik “Kapital Bank”ın nəzərdə tutulan kredit inkişafı və divident bölgüsü proqnozlarını nəzərə alaraq, gələcəkdə bankın kapitalının azalacağını proqnozlaşdırır. Eyni zamanda bildirilir ki, kapitalın azalması kapital adekvatlığı göstəricinin (CAR) 17%-dən aşağı düşməsi ilə nəticələnməyəcək. Bu isə, bankın gələcək hədəfləri ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR