® Life is On: Schneider Electric Şirkətinin Brend Strategiyası sifarişçilər üçün dayanıqlıq, səmərəlilik və təhlükəsizliyi yüksəltmək üçün qarşılıqlı bağlılığı təmin edir

<font color=red>® </font>Life is On: Schneider Electric Şirkətinin Brend Strategiyası sifarişçilər üçün dayanıqlıq, səmərəlilik və təhlükəsizliyi yüksəltmək üçün qarşılıqlı bağlılığı təmin edir
# 10 noyabr 2015 13:35 (UTC +04:00)

Şirkət Əşyaların İnterneti (Internet of Things, IoT) ilə öz Əməliyyat İntellektinin yanaşmasını gücləndirir, loT həlləri və qəbuletməni irəli aparmaq üçün Sənaye İnternet Konsorsiumu (IIC) ilə əməkdaşlıq qurduğunu bəyan edir.

Bakı (Azərbaycan), 5 noyabr 2015Schneider Electric, enerjinin idarə edilməsi və avtomatlaşdırma üzrə dünya miqyaslı mütəxəssis kimi, urbanizasiya, rəqəmsallaşma və sənayeləşmənin biznes və cəmiyyətin arxitekturasını dəyişdiyi bu kritik mərhələdə ortaya çıxan öz yeni qlobal brend strategiyasını elan etmişdir. Life is On (Həyat işığı yanır) adlı bu strategiya Schneider Electric Şirkətinin IoT-a Əməliyyat İntellektinin yanaşmasından irəli gəlir. Yanaşmanın insan və cəmiyyətlərin enerjini sərf etmə tərzlərini dəyişməsi, daha yaxşı avtomatlaşdırılmış sənaye prosesləri, insanların həyat səviyyəsini yüksəltməklə yanaşı, biznes qərarlarının keyfiyyətini yaxşılaşdırması gözlənilir.

"Life is On" brend strategiyası şirkətin dünyanın hər yerindən olan öz müştərilərinin bu fundamental dəyişiklikdən bəhrələnmələri, Schenider Electric şirkətinin cəmiyyətimizin ən vacib proseslərinə nəzarət edən əməliyyat texnologiyası (ƏT), bizim həyatlarımızı sadələşdirmək və daha yaxşı qərar vermək üçün güvəndiyimiz informasiya texnologiyasına (İT) birləşmək üçük ekspert bilik və bacarıqlarını mənimsəmələrinə yardım edir. Schneider Electric şirkətinin Əməliyyat İntellekti kimi təqdim olunan yanaşma evlərimiz, istehsalat obyektləri, məlumat mərkəzləri, bina və şəhərlərdə məlumatlı qərar qəbul etməni inkişaf etdirmək məqsədilə optimallaşdırılmış avtomatlaşdırma və nəzarət, təkmil uzaq məsafəli idarəetmə, plan-xəbərdarlıq təmiri, yüksək idarə edilən xidmətlər, təkmil analitika və sayəsində tədbir görülə bilən məlumatların verilməsindən asılıdır.

Biz "Life is On" strategiyasını hər yerdə, hər kəs üçün hər an təmin edən enerji idarəetmə və avtomatlaşdırma texnologiyaları qururuq. Biz enerjiyə çıxışın yer üzündə yaşayan hər kəsin fundamental hüququ olduğunu düşünür və enerjinin təhlükəsiz, etibarlı, səmərəli, dayanıqlı və bağlantılı olmasını təmin etmək üçün texniki həllər tətbiq edirik" deyə Schneider Electric şirkətinin Sədri və Baş İcraçı Rəhbəri aid Jean-Pascal Tricoire bildirmişdir.

"Biz öz məhsul və sistemlərimizi Əşyaların İnterneti vasitəsilə proqram təminatı portfelimizə birləşdirərək, enerjinin daha geniş paylanması və birləşdirilməsini təmin edərək innovasiyalara çox böyük sərmayə qoyuruq. Bizim həllərimiz dünya çapında mühüm yaşayış və inzibati binalar, məlumat mərkəzi və şəbəkələri, enerji və infrastruktur bazarlarına xidmət edir. Müştərilərimizin biznes və təşkilatlarını dərin, real vaxtda aparılan Əməliyyat İntellektimizin sayəsində öz biznes və təşkilatlarına daha çox bağlantılı müəssisələrə çevirməklə, bu yeni reallıqda uğur qazanmalarına yardım etməyə sadiqik.”

Sənaye sahəsində Əməkdaşlıq

Əşyaların İnterneti (IoT) əsasında Əməliyyat İntellekti yanaşmasına əlavə dəstək olaraq, Schneider Electric Sənaye İnternet Konsorsiumunun (IIC) idarəetmə komitəsinə seçildiyini bəyan edir. Bu təyinat sayəsində, Schneider Electric loT sənaye texnologiyalarının dünya çapında qəbulunu sürətləndirəcək sənaye spesifikasiyaları üzrə tövsiyələri və müvafiq çərçivələrin işlənib-hazırlanmasında AT&T, Cisco, General Electric, IBM və Intel kimi dünya liderləri ilə yanaşı daha çox mərkəzi rol oynamaqdadır. McKinseyin bildirdiyinə görə, IoT sayəsində daha yüksək əməkdaşlıq səviyyələrinə imkan verəcək, malların istehsal metodunun dəyişəcək və bizim iş tərzimizə təsir edəcək loT bazarın 2025-ci ilədək hər 10 trilyon ABŞ dollarınadək artması gözlənilir.

Sənaye və Dövlət Məsələləri üzrə Vitse-Prezident John Tuccillo Schneider Electric şirkətini Sənaye İnternet Konsorsiumunun idarəetmə komitəsində təmsil edəcək. Sənaye İnternet Konsorsiumunun İcraçı Direktoru Cənab Riçard Soley deyib: “İstehsal və qurğularda növbəti dəyişikliklər dalğası enerji bağlantısının daha çox tədqiqatlara nə cür təkan verəcəyindən irəli gəlir. Schneider Electric kimi şirkətlər və bizim digər üzvlərimizin innovasiyası o zaman əhəmiyyət qazanacaq. Eynilə bizim başqa üzvlərimiz kimi, Schneider Electric şirkətinin enerji və proseslərin səmərəliliyi sahələrində innovasiyası, onun bağlantılı məhsul və həllərinin diapazonu loT-nin insan həyatları, prosesləri və bütövlükdə təchizat zəncirlərində mühüm dəyişikliklərin baş verəcəyi növbəti mərhələyə keçidinə təkan verəcək."

Bundan əlavə, loT həlləri və qəbuletməni sürətləndirmək məqsədilə Schneider Electric bu gün Honq Konq Elm və Texnologiya Universiteti və Massaçusets Texnologiya Universitetinin(HKUST-MIT) Araşdırma Alyansı Konsorsiumu ilə əməkdaşlığa dair razılıq əldə etdiyini elan etmişdir. Buna dair əlavə məlumatlar üçün bax: http://hkust-mit.consortium.ust.hk/about-us/.

IoT texnologiyaları öz müştərilərindən ötrü səmərəlilik və dayanıqlığı daha da yaxşılaşdırmaq məqsədilə, su, neft-qaz, məlumat mərkəzləri, mədənçilik, kommunal xidmət, səhiyyə, ərzaq, içki və “ağıllı” şəhərlər kimi bazar seqmentlərində diqqət yetirilməli olan sahələr üçün fundamentaldır. Sənaye İnternet Konsorsiumu və HKUST-MIT ilə tərəfdaşlıq sayəsində Schneider Electric müştərilərinin yeni və potensial çağırışların öhdəsindən gələ bilmələrinə kömək məqsədilə, intellektual yanaşma, səmərəlilik və bağlantıya təkan verəcək yeni texnologiya xidmətlərin inkişafına istiqamətlənib.

"Life is On" brend strategiyasının digər mühüm elementləri Schneider Electric şirkətinin bağlantı, dayanıqlıq, səmərəlilik, etibarlılıq və təhlükəsizliyə sadiqliyini daha da yüksəldəcək yeni həll və xidmətlərin çatdırılmasını daxil edir. Buna dair əlavə məlumatlar üçün bizim Life is On səhifəmizə baxın.

Schneider Electric haqqında

Schneider Electric enerjinin idarə edilməsi və avtomatlaşdırılması sahəsində dünya miqyaslı mütəxəssisdir. 2014-cü Maliyyə İlində 25 milyard Avro gəlirlə, bizim 170,000 nəfərlik işçi heyətimiz dünyanın 100-dən çox ölkəsində müştərilərimizə xidmət edərək onlara enerji və prosesləri təhlükəsiz, etibarlı, səmərəli və dayanıqlı şəkildə idarə etməyə kömək edir. Ən sadə açarlardan tutmuş mürəkkəb əməliyyat sistemlərinə kimi, bizim texnologiylar, proqram təminatı və xidmətlərimiz müştərilərimizin öz əməliyyatlarını idarə etməsi və avtomatlaşdırması tərzlərini yaxşılaşdırır. Bizim bağlantılı texnologiyalarımız sənaye sahələrini yenidən formalaşdıracaq, şəhərlərimizin simasını dəyişəcək və həyatlarımızı zənginləşdirəcək. Schenider Electric şirkətində biz bunu Life is On (Həyat işığı yanır) adlandırırıq.

www.schneider-electric.com

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR