Allahşükür Paşazadə bəzi telekanalları dini ayrı-seçkilik yaratmaqda qınayıb

Allahşükür Paşazadə bəzi telekanalları dini ayrı-seçkilik yaratmaqda qınayıb
# 04 iyun 2015 10:15 (UTC +04:00)

APA-nın məlumatına görə, A. Paşazadə bu gün QMİ-də Ramazan ayı münasibəti ilə keçirilən tədbirdə bildirib ki, adını çəkmək istəmədiyi bəzi telekanallar QMİ və Şamaxı Rəsədxanasının birgə tərtib etdiyi rəsmi təqvimə uyğun olmayan azan vaxtı təqdim edir, insanlar arasında çaşqınlıq yaradır: “Bu da artıq bizdə din daxilində məzhəb ayrı-seçkiliyi, fərqi düşüncələrin yaranmasına səbəb olur ki, bundan da ciddi narahatlıq yaranıb. Dövlətimizin bunun qarşısını almasını istəmişik. Dini Qurumlarla Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının burada olmasından istifadə edərək dindarlar adından dövlətin təmsilçisi kimi ona müraciət edirik ki, o kanalların bu fəaliyyətinə qadağa qoyulsun, heç olmasa bir telekanalda bizim tərtib etdiyimiz təqvimə uyğun azan vaxtının verilməsinə şərait yaradılsın".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR