“Təhsil kreditləri haqqında” qanuna ehtiyac varmı? - APA TV

“Təhsil kreditləri haqqında” qanuna ehtiyac varmı? - <span style="color: red;">APA TV
# 12 mart 2013 12:43 (UTC +04:00)

Bakı. Sevinc Dadaşova - APA TV. “Təhsil kreditləri haqqında” qanun layihəsi ötən il Milli Məclisdə müzakirə olunub. Bu haqda qanun qəbul olunarsa, ödənişli təhsil alan tələbələrə güzəştli kreditlər veriləcək. İqtisadçı ekspert Qubad İbadoğlu APA TV-yə açıqlamasında ölkədə bu qanunun tətbiqinin böyük risk olduğunu vurğulayıb. O, ən böyük riskin Azərbaycanda təhsil sistemi ilə əmək bazarı arasında birbaşa əlaqənin olmamasında görür.

Ekspert bu kreditlərin verilməsində ən böyük çətinliyin isə tələbələrin universiteti bitirdikdən sonra təyinat almaması hesab edir. O, Azərbaycanda işsizliyin ən çox gənclər arasında olduğunu deyib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev qeyd edib ki, bu barədə keçən ildən müzakirələr aparılır. Komitə sədri bununla bağlı ayrıca qanun qəbul edilməsinə ehtiyac olmadığını, bu məsələnin “Təhsil haqqında” qanunda yer aldığını deyib.

Komitə sədri həmçinin bildirib ki, qüvvədə olan “Təhsil haqqında” qanunda müvafiq maddələrə bəzi dəyişikliklər etməklə bu məsələni həll etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR