İlham Mirzəyevin məhkəməsində polis əməkdaşı ifadə verib

İlham Mirzəyevin məhkəməsində polis əməkdaşı ifadə verib
# 03 oktyabr 2014 13:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın məlumatına görə, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İ.Mirzəyev saxlanılan zaman hadisə yerində olan polis əməkdaşı şahid qismində ifadə verib.

Proses oktyabrın 9-da davam etdiriləcək.

Xatırladaq ki, İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR