Ərzurum valisi: “Qurtuluş savaşında Ərzurumun müdafiəsində azərbaycanlı qardaşlarımız iştirak edib” - FOTOSESSİYA

Ərzurum valisi: “Qurtuluş savaşında Ərzurumun müdafiəsində azərbaycanlı qardaşlarımız iştirak edib” - <span style="color: red;">FOTOSESSİYA
# 05 may 2015 20:36 (UTC +04:00)

APA-nın Türkiyəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, görüşdə Ə. Altıparmak Azərbaycan-Türkiyə münasibətlərinin bu gün ən yüksək mərhələdə olduğunu deyib.

Ə. Altıparmak bildirib ki, bu gün Azərbaycanla olan qardaşlıq münasibətləri digər Türk respublikaları ilə müqayisədə daha ön plandadır: “Çünki biz eyni torpaqlarda yaşamışıq. Türkiyə başda olmaqla, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan Azərbaycanın yanındadır. Ona görə də heç kim Azərbaycana bir söz deyə bilməz. Türkiyənin Qurtuluş savaşında azərbaycanlı qardaşlarımız məşhur gəncəli Mir Hidayət bəy Seyidovun başçılığı altında bizə köməyə gəlib. 2013-cü ildə Ərzurumda Seyidov adına parkın açılış oldu. Artıq Ərzurumda Seyidov adına park var. Seyidovun adını məktəbə və küçəyə verməyi də planlaşdırırıq”.

Ərzurum valisi Qərb dünyasının qondarma erməni soyqırımından istifadə edərək Türkiyənin üzərinə hücuma keçdiyini söyləyib: “Baş verənlərin arxasında həqiqətləri axtarmaq məqsədi yoxdur. Ötən illərdə baş verən dövlət çevrilişləri cəhdləri və digər məsələlərin hamısı Türkiyəni qarışdırmaq üçün edilib. Balkan yarımadasında milyonlarla türk var idi. Onlar indi haradadırlar?! Ərzurumda gördüyünüz kəndlərin çox ağrılı hekayələri var. İnsanları, uşaq, qadın, qoca demədən məscidlərə doldurub yandırıblar. Silahla da yox, məhz yandıraraq öldürüblər. Hamilə qadınların qarnını yarıblar. Heç bir türk, heç bir müsəlman belə bir şey etməz. Təəssüf ki, bunlarda mərhəmət hissi yoxdur. 23 il əvvəl Xocalıda soyqırımı törədilib. Biz bir olmalı və bunların qarşısında birlikdə dayanmalıyıq. Ancaq bu halda istədiyimizə nail ola bilərik”.

Qeyd edək ki, 4-8 may tarixlərində Ərzurum, Qars və Iğdır şəhərlərinə təşkil olunacaq səfər Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyi, Mətbuat Şurası, TİKA, KİVDF, TRT və “Anadolu” agentliyinin Bakı nümayəndəliklərinin ortaq layihəsi olan Türkiyə-Azərbaycan Media Əməkdaşlıq Layihəsi (TAMEP) çərçivəsində həyata keçirilir. Səfərin məqsədi 1915-ci il hadisələrinin izlərini daşıyan bölgələrdə erməni zülmü bağlı yazılar hazırlamaqdır. Səfər zamanı eyni zamanda regiondakı media təmsilçiləri ilə görüş də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR