FHN Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb

FHN Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb
# 03 dekabr 2013 15:46 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda hündür mərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 128 kvadratmetr olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 19 kv.m sahədə yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən tüstülənmiş zonadan 10 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR