Göygöldə oğurluqda şübhəli bilinən gənc saxlanılıb - VİDEO

Göygöldə oğurluqda şübhəli bilinən gənc saxlanılıb - <span style="color: red;">VİDEO
# 04 iyul 2014 09:07 (UTC +04:00)

Göygöl. Azər Məmmədli - APA. Göygöl rayonunun Quşqara kəndində mənzildən oğurluq etməkdə şübhəli bilinən 23 yaşlı şəxs tutulub.

Göygöl Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Göygöl rayon Quşqara kənd sakini, 1991-ci il təvəllüdlü Məshər Hüseynov həmkəndlisi Emin Məmmədova məxsus mənzilin pəncərəsindən içəri daxil olaraq oradan 300 manat dəyərində 1 ədəd LG markalı televizoru və 700 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinir. Polis idarəsində aparılan Məshər Hüseynov əməlini etiraf etməklə oğurladığı qiymətli əşyaları istintaqa təhvil verib.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR