Səyyar ASAN xidmət Hövsan qəsəbəsində fəaliyyətə başlayıb

Səyyar ASAN xidmət Hövsan qəsəbəsində fəaliyyətə başlayıb
# 07 iyul 2015 09:11 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. İyulun 6-dan 16-dək Bakı şəhərinin sakinləri Səyyar ASAN xidmətdən Suraxanı rayonunun Hövsan qəsəbəsində yararlana biləcəklər. “ASAN xidmət”dən APA-ya verilən xəbərə görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bura notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi xidmətləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR