Kürdəmirdə evdən pul və zinət əşyaları oğurlayan şəxs tutulub

Kürdəmirdə evdən pul və zinət əşyaları oğurlayan şəxs tutulub
# 02 may 2013 12:57 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov-APA. Kürdəmir rayon sakini həmkəndlisinin evini taladığı üçün tutulub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Karrar kənd orta məktəbinin müəlliməsi İsmayılova Südabə Əhməd qızı dərsdə olan zaman naməlum şəxs tərəfindən ona məxsus evdən 3000 manat pul və 2500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Karrar kənd sakini, 1990-cı il təvəllüdlü Vəliyev Maarif Mehrab oğlu saxlanılıb. O, oğurladığı pulu və qızıl-zinət əşyalarını Polis Şöbəsinə təqdim edib. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR