Avropa Azərbaycanlıları Konqresi Almaniya Bundestaqına müraciət edib

Avropa Azərbaycanlıları Konqresi Almaniya Bundestaqına müraciət edib
# 25 fevral 2013 12:20 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa Azərbaycanlıları Konqresi Xocalı soyqırımının ildönümü ilə bağlı Almaniya Bundestaqına müraciət edib. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, müraciət 16 il bundan əvvəl erməni separatçı qüvvələrini başçısı, hazırda Ermənistan prezidenti olan Serj Sarkisyanın Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində dediyi sözlərlə başlayır: “Xocalıdan öncə azərbaycanlılar bizi ciddi qəbul etmirdilər. Onlar hesab edirdi ki, erməni xalqı dinc əhaliyə qarşı heç vaxt əl qaldırmayacaq. Biz bu stereotipi sındıra bildik”.

Müraciətdə qeyd olunur ki, “Human Rights Watch” beynəlxalq təşkilatı Xocalını “Azərbaycanın Srebrenitsası” adlandıraraq bu faciəni Dağlıq Qarabağ münaqişəsi zamanı dinc əhaliyə qarşı törədilən ən dəhşətli kütləvi qətl kimi qiymətləndirib. Buna baxmayaraq, Xocalı qətliamını həyata keçirən cinayətkarlar indiyədək məsuliyyətə cəlb olunmayıb və beynəlxalq məhkəmə qarşısında cavab verməyiblər.

Avropa Azərbaycanlıları Konqresi Avropa ictimaiyyətini bu məsələdə Azərbaycan xalqı ilə həmrəy olmağa çağırır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR